“Neftçi-2” Gəncədə qələbə qazandı

11 mart 2021, 16:35

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 17-ci turda “Kəpəz”lə qarşılaşıb. Gəncə şəhər stadionunda baş tutan matçda “ağ-qaralar” 3:0 hesabı ilə qalib gəlib. Qollara Nazim Məmmədzadə (21-ci dəqiqə), Seymur Əliyev (75-ci dəqiqə) və Vüsal Əsgərov (90-cı dəqiqə - penaltilə) imza atıblar.

Qeyd edək ki, “Neftçi-2” hazırda 16 oyundan 34 xalla 2-ci yeri tutur.