
Samir Abasov: “Çoxlu qol epizodu yaratdıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 19-cu turunun “Keşlə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
“Komandamız təbrik edirəm. Oyuna yaxşı başladıq, çoxlu qol epizodu yaratdıq. Pis tərəfi isə odur ki, rəqibə də çoxlu qol şansı verdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək bir oyunumuz qalıb. Ondan sonra bir qədər rahatlaşarıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Sağ cinah müdafiəçimizə tapşırıqlarımız olmuşdu, qələbənin açarı o idi. Söhbət Ömər Buludovdan gedir. Ön xətdə nominal hücumçumuz olmasa da, oradakı işi həmin mövqeyə qoyduğumuz futbolçulardan tələb edirdik. Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilər. O, bir çox klublarda müxtəlif mövqelərdə oynayıb. 90 faiz razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar apara bilərik”.
Tövsiyə olunur
-
Hazırlıq “Bakcell Arena”da davam edir
A Komanda 15 aprel 2021, 19:04 -
“Neftçi” – “Zirə” matçı saat 20:15-də başlanacaq
A Komanda 11 aprel 2021, 10:00 -
Samir Abasov: “Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”
A Komanda 10 aprel 2021, 19:55 -
“Neftçi” Qəbələdə heç-heçə etdi
A Komanda 10 aprel 2021, 19:22