“Neftçi” “Keşlə” ilə matçın hazırlığını başa vurdu

7 mart 2021, 19:00

“Neftçi” Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub. Komandamız bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu martın 8-i saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.