“Neftçi-2” Tovuzda heç-heçə etdi

6 mart 2021, 15:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 16-cı turda “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda qalib müəyyənləşməyib – 2:2. Komandamızın heyətində Asim Əlizadə (45+1-ci dəqiqə - penalti) və İsmayıl Zülfüqarlı (65-ci dəqiqə) fərqlənib. Rəqibin qollarını isə Elçin Qasımov (44-cü dəqiqə) və Nurlan Şabanov (78-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 15 oyundan 31 xalla 3-cü yeri tutur.