“Neftçi-2”dən ardıcıl 5-ci qələbə

1 mart 2021, 16:45

“Neftçi-2” I Divizionda ardıcıl 5-ci qələbəsini qazanıb. Əvəzedicilərimiz 15-ci turda “Qaradağ Lökbatan”ı 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 1-ci dəqiqəsində Vüsal Əsgərov imza atıb. Komandamızın iki üzvü – Nazim Məmmədzadə (45+1-ci dəqiqə) və Əmrah Bayramov (90+2-ci dəqiqə) qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” 14 oyundan 30 xalla 2-ci yeri tutur.