“Neftçi” – “Sabah” matçı saat 18:15-də başlanacaq

26 fevral 2021, 11:30

Premyer Liqanın 18-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununun başlanma saatı açıqlanıb. Martın 3-ü “Bakcell Arena”da baş tutacaq görüş saat 18:15-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” 17 oyundan 33 xalla 1-ci yeri tutur.