“Neftçi” Zirədə məğlub oldu

25 fevral 2021, 18:00

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız Zirə İdman Kompleksinin stadionunda baş tutan 17-ci tur matçında “Zirə”yə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Neftçi” 33 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Ahmed Ahmedov (29.Sabir Buqrin, 60), 19.Fəhmin Muradbəyli (24.Yusuf Laval, 80), 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane (22.Mirabdulla Abbasov, 73), 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 10.Saman Nərimancahan, 17.Bruno Teluşi, 20.Mert Çelik, 27.Fərid Yusifli, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı.