“Zirə” – “Neftçi” matçını Əliyar Ağayev idarə edəcək
Premyer Liqada 17-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.
Qeyd edək ki, fevralın 25-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.