“Neftçi-2”dən böyükhesablı qələbə

16 fevral 2021, 16:40

“Neftçi-2” I Divizionun 13-cü turunda böyükhesablı qələbə qazanıb. Əvəzedicilərimiz “ASK Arena”da “Keşlə-2”nin qapısından 3 cavabsız top keçirib. Komandamızın heyətində Asim Əlizadə (14-cü dəqiqə - pen.) və Elton Əlibəyli (45+3-cü dəqiqə) fərqlənib. 25-ci dəqiqədə isə avtoqol qeydə alınıb. İkinci hissədə “Neftçi-2”nin bir, “Keşlə-2”nin iki üzvü qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” 13 oyundan 27 xalla 2-ci yeri tutur.