“Neftçi” “Qarabağ”ı azlıqda məğlub edib lider oldu

13 fevral 2021, 20:30

“Neftçi” Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlayıb. Komandamız 15-ci turda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda flaqmanın qollarını Namik Ələskərov (28 və 75-ci – pen. dəqiqələr) vurub. Rəqibdən isə 57-ci dəqiqədə Mahir Emreli fərqlənib. Baş hakim “Neftçi”nin 3, “Qarabağ”dan isə 1 futbolçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, bu qələbədən sonra 30 xal toplayan “Neftçi” 1-ci pilləyə yüksəlib.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (20.Mert Çelik, 78), 8.Emin Mahmudov (K), 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz (10.Saman Nərimancahan, 56/19.Fəhmin Muradbəyli, 90+6), 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 17.Bruno Teluşi, 22.Mirabdulla Abbasov, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı.