“Qarabağ”la matçı Elçin Məsiyev idarə edəcək

12 fevral 2021, 14:45

Premyer Liqada 15-ci turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Kərim Ağayev olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı fevralın 13-ü saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.