“Qarabağ”la oyuna hazırlıq davam edir

11 fevral 2021, 19:45

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı fevralın 13-ü saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.