“Neftçi-2” U-19 milli komandasına qalib gəldi

3 fevral 2021, 18:20

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib. “Dalğa Arena”da baş tutan matçda əvəzedicilərimiz 19 yaşadək Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna 13-cü dəqiqədə Elşən Şabbaği imza atıb.

Qeyd edək ki, yanvarın 11-dən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan “Neftçi-2” ayın 15-də “Keşlə-2” (1:1), 22-də “Sumqayıt-2” (1:1), 27-də isə “Sabah-2” (3:1) ilə qarşılaşıb.