“Zirə” ilə ilk oyunun hazırlığı başa çatdı

1 fevral 2021, 18:15

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə ilk matçın hazırlığını başa vurub. Komandamız bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, fevralın 2-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.