Kubok matçımızı Rəşad Əhmədov idarə edəcək

1 fevral 2021, 16:15

Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyunların təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Ona Cavanşir Yusifov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi isə Kərim Ağayev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu fevralın 2-si saat 18:00-da “Bakcell Arena”da keçiriləcək.