Kubok oyunlarımızın vaxtı müəyyənləşdi

26 yanvar 2021, 17:55

Azərbaycan Kubokunun 1/4 final mərhələsində oyunların vaxtı müəyyənləşib. “Neftçi” – “Zirə” matçı fevralın 2-si “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq.

Bu komandalar arasında cavab görüşü fevralın 7-də baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 17:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” yarımfinala yüksələcəyi halda, aprelin 21-i və 29-u olacaq oyunlarda “Keşlə” – “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək. Final matçı isə mayın 28-i keçiriləcək.