“Neftçi”nin 1/4 finaldakı rəqibi müəyyənləşdi

25 yanvar 2021, 17:55

“Neftçi”nin Azərbaycan Kubokunun 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib. Bu, “Qaradağ Lökbatan”ı məğlub edən (4:0) “Zirə” klubudur. 1/4 final mərhələsinin ilk oyunu fevralın 1-i və ya 2-si “Bakcell Arena”da, cavab görüşü isə ayın 6-sı və ya 7-si Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Qeyd edək ki, “Neftçi” yarımfinala yüksələcəyi halda, aprelin 21-i və 29-u olacaq oyunlarda “Keşlə” – “Sabah”/“Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək. Final matçı isə mayın 28-i keçiriləcək.