Kubok oyununa hazırlıq davam edir

25 yanvar 2021, 16:00

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsi üçün hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” 1/4 finalda “Qaradağ Lökbatan” – “Zirə” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun fevralın 1 və ya 2-də “Bakcell Arena”da, cavab matçı isə ayın 6 və ya 7-də səfərdə keçiriləcək.