“Neftçi”dən əzmkar qələbə

21 yanvar 2021, 18:00

“Neftçi” qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu keçirib. Komandamız 14-cü turda “Səbail”i 3:1 hesabı ilə məğlub edib. “ASCO Arena”da baş tutan görüşdə hesabı Əfran İsmayılovun 28-ci dəqiqədə yerinə yetirdiyi penalti zərbəsi ilə rəqib açsa da, flaqman ilk hissəsinin sonunda Sabir Buqrinin möhtəşəm qolu ilə hesabı bərabərləşdirib. Emin Mahmudovun 51-ci, Buqrinin 90-cı dəqiqədə vurduğu qollar isə komandamıza inamlı qələbə qazandırıb.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli (26.Ömər Buludov, 73/56.Elton Əlibəyli, 90+6), 20.Mert Çelik, 22.Mirabdulla Abbasov (72.Emin Zamanov, 88), 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 5.Anton Krivotsyuk, 10.Saman Nərimancahan, 28.Stiven Jozef-Monroz, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 80.İsmayıl Zülfüqarlı.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 27 xalla liderliyini davam etdirir.