“Səbail” – “Neftçi” matçını Kamal Umudlu idarə edəcək

20 yanvar 2021, 20:15

Premyer Liqada 14-cü turun təyinatları açıqlanıb. “Səbail” – “Neftçi” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Cavanşir Yusifov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Hakim-inspektor Rövşən Əhmədov, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov olacaq.

Qeyd edək ki, “Səbail” – “Neftçi” oyunu yanvarın 21-i saat 16:00-da “ASCO Arena”da keçiriləcək.