“Neftçi” 20 yanvar şəhidlərini 1 dəqiqəlik sükutla yad etdi

20 yanvar 2021, 18:15

“Neftçi” təlim-məşq toplanışını başa vurub. Komandamızın üzvləri toplanışın sonuncu günündə bir dəfə məşq ediblər. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesindən əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-u “Kəpəz” (1:0), 14-ü “Keşlə” (4:3) ilə qarşılaşan “Neftçi” Premyer Liqanın 14-cü turunda “Səbail”in qonağı olacaq. “ASCO Arena”da keçiriləcək matç sabah saat 16:00-da başlanacaq.