Samir Abasov: “Qələbə ruh yüksəkliyi üçün əladır”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov “Keşlə” ilə yoxlama oyunundan sonra “Neftçi TV”yə müsahibə verib:
“Qələbə ruh yüksəkliyi üçün əladır. Qalib gəlmək istəyirdik, amma önəmli olan bu deyil, oyunda görmək istədiklərimiz idi. Açığı, komanda olaraq ilk hissədə çox ağır görünürdük. Kənardan başqa cür görünə bilər, amma biz bunun səbəbini anlayırıq. Məsələn, bu oyunadək iki gün ardıcıl iki məşq etmişdik. Yorğunluq var idi, amma bu normaldır. Artıq fasilədən sonra futbolçularımız daha dinamik, daha hərəkətli oynamağa başladılar. Bundan əvvəlki oyunla müqayisədə bu gün sevindirici məqamlar daha çox idi. Belə də davam edəcəyik”.
“Neftçi-2”dən cəlb olunmuş gənc futbolçulara güvəndiyini bildirən baş məşqçi komandanın “Səbail”lə oyunadək tam hazır olmayacağını bildirib: “Buraxdığımız qolları, səhvləri analiz edəcəyik. Söhbət fərdi olaraq futbolçulardan getmir, amma bunlar da önəmlidir. Məsələn, Ömərin səhvindən qol buraxdıq, özü də səhvini başa düşdü. Elə səhvlər var ki, tez aradan qaldırmalıyıq. “Neftçi-2”dən cəlb olunmuş gənclərin hər birinə güvənirik. Əks halda, bizimlə məşq etməzdilər. “Kəpəz”lə oyun futbolçuların hərəkətdə olması baxımından əhəmiyyətli idisə, bu günkü matç çempionata hazırlıq məqsədi daşıyırdı. Bir həftədən sonra rəsmi oyunumuz var. Heyəti də buna uyğun qurmuşduq. Gəncləri isə sonradan meydana daxil etdik. “Səbail”lə oyunadək 100 fazi hazır olmayacağıq, amma bu bizi qorxutmur. Çünki əlimizdə olan bu cür keyfiyyətli futbolçuların bunun öhdəsindən gələ biləcəklərinə inanıram”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00