“Neftçi” – “Keşlə”: saat 16:00-da “Bakcell Arena”da

8 yanvar 2021, 13:00

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun məkanı və başlanma saatı müəyyənləşib. Yanvarın 14-ü “Bakcell Arena”da baş tutacaq “Keşlə” ilə görüş saat 16:00-da start götürəcək. Oyunun “Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

Qeyd edək ki, yanvarın 4-də təlim-məşq toplanışına başlayan flaqman ilk sınaq matçını ayın 10-u “Kəpəz”ə qarşı keçirəcək. Gəncə təmsilçisi ilə matç saat 15:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq.