“Səbail” – “Neftçi” matçı saat 16:00-da başlanacaq

6 yanvar 2021, 13:00

Premyer Liqanın 14-cü turu çərçivəsində keçiriləcək “Səbail” – “Neftçi” oyununun başlanma saatı açıqlanıb. Yanvarın 21-i “ASCO Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, 13 oyundan 24 xal toplayan “Neftçi” qış fasiləsinə turnir cədvəlinin 1-ci pilləsində yollanıb.