
“Neftçi” PFK ilə “Catapult” arasında əməkdaşlıq müqaviləsi bağlanıb
“Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Klubla idman nəticələrinin analitiki ilə məşğul olan “Catapult” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər 2 illik müqaviləyə imza atıb.
Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində “Catapult”un da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər marketinq xidmətləri göstəriləcək.
Qeyd edək ki, mərkəzi Avstraliyanın Melburn şəhəri olan “Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.
Tövsiyə olunur
-
“Heydər Əliyev – 100” minifutbol turnirinin püşkatma mərasimi keçirilib
Klub 29 mart 2023, 14:40 -
Emin Mahmudov ilə “Neftçi” Futbol Məktəbinin üzvləri arasında görüş keçirilib
Klub 24 mart 2023, 21:55 -
“Neftçi” Futbol Məktəbi Qara Qarayevdə!
Klub 23 mart 2023, 21:00 -
Novruz bayramınız mübarək!
Klub 20 mart 2023, 00:00