“Neftçi” şəhid ailələrini və qaziləri ziyarət etdi
“Neftçi” PFK-nın rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. İkinci Fəxri xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyublar.
Ardından “Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyev və Cahid Şükürlü ziyarət edilib. Şəhidlərimizin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, “Neftçi” PFK olaraq daima onların yanında olacağıq, klub tərəfindən onlara hər cür dəstək göstəriləcək.
Allahdan bir daha bütün şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyirik!
Tövsiyə olunur
-
“Neftçi”nin məşqçisi “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub
Klub 22 iyul 2024, 16:00 -
Milli Mətbuat və Jurnalistika Gününüz mübarək!
Klub 22 iyul 2024, 09:34 -
“Neftçi TV” 4 yaşında!
Klub 20 iyul 2024, 15:10 -
Klub İstedad və Mentorluq Proqramının ikinci sessiyası keçirilib
Klub 16 iyul 2024, 12:00