Prins İbara ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi

26 dekabr 2020, 12:50

“Neftçi” PFK hücumçu Prins İbara ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Konqolu futbolçuya xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, sentyabrda icarə əsasında “Neftçi”yə keçən Prins İbara “ağ-qara” formada 8 oyunda meydana çıxıb, 1 qol vurub.