“Neftçi” “Bakcell Arena”da məşq etdi

22 dekabr 2020, 20:00

“Neftçi” Premyer Liqanın 13-cü turunda qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlığına başlayıb. “Sabah” üzərində qələbədən sonra dünən bərpa keçən komandamızın üzvləri bu gün “Bakcell Arena”da məşqə çıxıb. “Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu dekabrın 24-ü saat 18:00-da “Bakcell Arena”da keçiriləcək.