“Neftçi” – “Keşlə” matçı saat 18:00-da başlanacaq

21 dekabr 2020, 10:00

Premyer Liqanın 13-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Keşlə” oyununun başlanma saatı açıqlanıb. Dekabrın 24-ü “Bakcell Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 12 oyundan 21 xalla 1-ci yeri tutur.