“Neftçi” inamlı qələbə ilə liderliyə yüksəldi

20 dekabr 2020, 19:15

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 12-ci turda “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”da baş tutan matçda flaqman 2:0 hesabı ilə qalib gəlib. Hər iki qola Namik Ələskərov imza atıb. 45+3-cü (penalti) və 65-ci dəqiqələrdə fərqlənən futbolçumuz 8 qolla bombardirlər yarışında liderliyə yüksəlib.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K) (10.Saman Nərimancahan, 74), 22.Mirabdulla Abbasov, 24.Yusuf Laval (29.Sabir Buqrin, 61), 26.Ömər Buludov (70.Asim Əlizadə, 90), 36.Mamadu Kane, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 13.Prins İbara, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 27.Fərid Yusifli, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 21 xalla 1-ci pilləyə yüksəlib.