“Neftçi-2” “Zaqatala”ya qalib gəldi

13 dekabr 2020, 16:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 10-cu turda “Zaqatala”ya 3:2 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda əvəzedicilərimizin qollarını Emin Zamanov (14-cü dəqiqə - pen.), Seymur Əliyev (45+4-cü dəqiqə) və Famil Camalov (69-cu dəqiqə) vurublar. Rəqibin heyətində isə Xəqani Sadıxov (77-ci dəqiqə) və Salman Ələsgərov (84-cü dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 10 oyundan 18 xalla 4-cü yeri tutur.