"Neftçi"nin futbolçuları U-17 milli komandasında

29 yanvar 2020, 15:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 1-dən 2-dək Bakıda, ayın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə "Neftçi” PFK-nın futbolçuları – Ağadadaş Salyanski, Elcan Əbilov və Fariz Xeyrullayev dəvət olunublar. Milli komandamız toplanış çərçivəsində fevralın 6-sı tacikistanlı həmyaşıdları, 10-u isə Danimarkanın "Hellerup” klubu ilə yoldaşlıq oyunlarında qarşılaşacaq.