"Neftçi-2"dən ardıcıl ikinci qələbə

13 fevral 2020, 19:00

"Neftçi-2” I Divizionda ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız 15-ci turda "Sumqayıt-2”yə böyük hesabla qalib gəlib – 4:0. "AZAL Arena”da baş tutmuş görüşdə qollara Vüsal Əsgərov (25-ci dəqiqə), İsmayıl Zülfüqarlı (48-ci dəqiqə), İlyas İlyasov (avtoqol, 66-cı dəqiqə) və Muxtar Əliyev (68-ci dəqiqə) imza atıblar. Hesab daha da böyük ola bilərdi, amma Nicat Musayev 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, "Neftçi-2” 14 oyundan 24 xalla 5-ci yeri tutur.