"Səbail"lə oyuna hazırlıq başlandı

25 fevral 2020, 19:00

"Neftçi” Premyer Liqanın 19-cu turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığına başlayıb. "Qəbələ” ilə görüşdən sonra bərpa məşqi edərək birgünlük fasiləyə buraxılmış komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, martın 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 17:00-da başlanacaq.