"Sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi"
"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 19-cu turunun "Səbail” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Mütəxəssis səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacaqlarını bildirib:
"Çətin olacağını bilirdik. Çünki rəqibi analiz etmişdik. Futbolçulara bütün tapşırıqları vermişdik, amma sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi. Düzdür, oyuna biz nəzarət edirdik, amma rəqib hesabda geri olduğuna görə çoxluqla hücuma atıldı ki, bu da təzyiqi artırdı. Bundan sonra futbolçularımız risk etməyib, hesabı qorumaq istəyirdilər. Amma standart vəziyyət zamanı buraxılan səhv qələbəni əlimizdən aldı. Belə hallar olur. Yolumuza davam edəcəyik. Səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Standart vəziyyətdə rəqib futbolçunu boş buraxmaq yolverilməzdir. Qol epizodlarımız oldu. Onları qola çevirmək lazımdır ki, sonra rahat olsun. Əks halda, stress artır. Ömər Buludov daha ciddi olmalıdır. İradlarımızı bildiririk. Belə səhvlər etmək olmaz. Biz komanda oyunu oynayırıq, sadəcə, bu gün bir çox halda sonluğu düzgün yerinə yetirə bilmədik. Aqil Məmmədovun çıxışda səhv etməsinə gəlincə, buna baxacağıq. Həm Aqil, həm də Səlahət səviyyəli qapıçılardır. İkisinə də güvənirəm. Eyni sözlər, zədə üzündən bugünkü oyunu buraxan Mamadi Mbodja və Donald Geryeyə də aiddir. Onları əvəz edən futbolçular onların yoxluğunu hiss etdirməməyə çalışdılar. Gerye artıq gələn həftədən, Mbodj isə o biri həftədən məşqlərə qoşulacaq”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00