"Neftçi-2" heç-heçə etdi

5 mart 2020, 19:00

"Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 18-ci turda "Sabah-2”nin qonağı olub. "Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan görüşdə heç-heçə qeydə alınıb – 1:1. Rəqib ilk hissənin sonunda (45+3-cü dəqiqə) penalti ilə hesabı açsa da, əvəzedicilərimiz fasilədən sonra (75-ci dəqiqə) qolun əvəzini çıxıb: Hüseyn Hüseynzadə fərqlənib.

Qeyd edək ki, "Neftçi-2” 17 oyundan 28 xalla 5-ci yeri tutur.