"Zirə" ilə oyuna hazırlıq başlandı
"Neftçi” Premyer Liqanın 21-ci turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığına başlayıb. "Sabah”la matçdan sonra iki günlük fasiləyə buraxılmış "ağ-qaralar” bu gün məşqə çıxıb. Əvvəlcə klubun inzibati binasındakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən komandamızın üzvləri sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər. Zədəli Mamadu Mbodj fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyanonun rəhbərliyi altında fitnes zalında fərdi məşqlərə başlayıb, Aqil Məmmədov isə müalicə olunduğu üçün bugünkü məşqdə iştirak etməyib. Qapıçımız sabahdan məşqlərə qoşulacaq.
Qeyd edək ki, martın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.