"Neftçi" – "Zirə" matçını Vüqar Həsənli idarə edəcək

27 noyabr 2020, 13:00

Premyer Liqada 11-ci turun təyinatları açıqlanıb. "Neftçi” – "Zirə” oyununun baş hakimi Vüqar Həsənli olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə İlham Əliyev olacaq.

Qeyd edək ki, "Neftçi” – "Zirə” oyunu noyabrın 28-i saat 16:00-da "Bakcell Arena”da keçiriləcək.