“Sabah”la oyuna hazırlıq davam edir

2 dekabr 2020, 17:00

“Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Əvvəli “Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu dekabrın 5-i saat 16:00-da “Bank Respublika Arena”da keçiriləcək.