“Neftçi-2” ardıcıl üçüncü qələbəsini qazandı

26 noyabr 2020, 17:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 7-ci turda “Qaradağ Lökbatan”a qalib gəlib – 1:0. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda qələbə qolunu 74-cü dəqiqədə Valeh Qəhrəmanlı vurub. 81-ci dəqiqədə isə komandamızın digər üzvü Famil Camalov qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” 7 oyundan 14 xalla 3-cü yeri tutur.