“Zirə” ilə oyuna hazırlıq start götürdü

25 noyabr 2020, 16:45

“Neftçi” Premyer Liqanın 11-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına start verib. Komandamızın üzvləri bir günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Əvvəli “Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu noyabrın 28-i saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.