“Neftçi” “Qaradağ Lökbatan” – “Zirə” cütünün qalibi ilə qarşılaşacaq

24 noyabr 2020, 14:00

Bu gün Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə görə yarışa 1/4 finaldan başlayacaq “Neftçi”nin rəqibi “Qaradağ Lökbatan” – “Zirə” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki ilk oyununu fevralın 1-i və ya 2-si evdə, cavab matçını isə ayın 6-sı və ya 7-si səfərdə keçirəcək.

“Neftçi” yarımfinala yüksələcəyi halda, gələn il aprelin 21-i və 29-u olacaq oyunlarda “Keşlə” – “Sabah”/“Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, final matçı mayın 28-i baş tutacaq.