Yeni baş məşqçi böyükhesablı səfər qələbəsi ilə başladı
“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. “Ağ-qaralar” yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk matçına çıxıb. Komandamız 10-cu turda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionunda baş tutan oyunda “Neftçi”nin qollarını Anton Krivotsyuk (38-ci və 51-ci dəqiqələr), Namik Ələskərov (57-ci dəqiqə) və Prins İbara (90+4-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə 60-cı dəqiqədə Yusif Nəbiyev fərqlənib.
“Neftçi”: 30.Aqil Məmmədov (K), 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 10.Saman Nərimancahan (13.Prins İbara, 77), 19.Fəhmin Muradbəyli (26.Ömər Buludov, 89), 20.Mert Çelik, 24.Yusuf Laval, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 3.Mamadu Mbodj, 4.Rener Alves De Souza, 17.Bruno Teluşi, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı.