“Qəbələ” ilə oyuna hazırlıq davam edir

19 noyabr 2020, 17:30

“Neftçi” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı “Qəbələ” ilə oyun üçün hazırlığı davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıb.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu noyabrın 22-si saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.