“Qəbələ” – “Neftçi” matçı saat 14:00-da başlanacaq

13 noyabr 2020, 17:00

Premyer Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Neftçi” oyununun başlanma saatı açıqlanıb. Noyabrın 22-si Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 14:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 9 oyundan 14 xalla 4-cü yeri tutur.