Baş məşqçinin köməkçiləri müəyyənləşdi

12 noyabr 2020, 16:45

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub. Seymur Rəhimov və Vəfadar Quliyev baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, Seymur Rəhimov və Vəfadar Quliyev “Sumqayıt” və “Zirə” klublarında da baş məşqçi Samir Abasovun köməkçiləri olublar.