“Neftçi”də yeni baş məşqçi

11 noyabr 2020, 17:45

“Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub. Klubun Müşahidə Şurasının qərarı ilə komandanı Samir Abasov çalışdıracaq. 42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, Abasov 2003/2004 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.