İdman direktoru və baş məşqçi istefa verdilər

11 noyabr 2020, 15:10

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər. Sultanov və Məmmədov bununla bağlı “Neftçi” PFK-nın rəhbərliyinə müraciət ediblər və onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

“Neftçi” PFK Ceyhun Sultanov və Füzuli Məmmədova xidmətlərinə görə təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayır.