“Neftçi” “Qarabağ”la qarşılaşıb

8 noyabr 2020, 17:00

“Neftçi” növbəti oyununu keçirib. Komandamız Premyer Liqanın 9-cu turunda “Qarabağ”a böyük hesabla uduzub – 0:6. “Bakcell Arena”da baş tutan matçda qolları Filip Ozobiç (21-ci, 30-cu – pen. və 52-ci dəqiqələr), Mahir Emreli (39-cu dəqiqə), Abdullah Zubir (50-ci dəqiqə) və Musa Qurbanlı (75-ci dəqiqə) vurublar.

“Neftçi”: 30.Aqil Məmmədov (K), 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 10.Saman Nərimancahan, 17.Bruno Teluşi (29.Sabir Buqrin, 39), 20.Mert Çelik, 22.Mirabdulla Abbasov (13.Prins İbara, 39), 24.Yusuf Laval, 26.Ömər Buludov (19.Fəhmin Muradbəyli, 77), 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 3.Mamadu Mbodj, 4.Rener Alves De Souza, 8.Emin Mahmudov, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı, 91.Tallison Dias.

Qeyd edək ki, “Neftçi” 9 oyundan 14 xalla 4-cü yeri tutur.