Mamadu Kane ilk dəfə milli komandada

28 oktyabr 2020, 21:00

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub. 23 yaşlı futbolçu noyabrın 11 və 15-də Çad yığması ilə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində baş tutacaq oyunlara çağırılıb.

Qeyd edək ki, əvvəllər Qvineyanın U-20 yığması ilə dünya çempionatında iştirak etmiş Kane əsas milli komandaya ilk dəfə dəvət alıb.